Beynəlxalq “Soltan Məhəmməd” adına mükafatına namizədlərin əsərlərindən ibarət sərgi-müsabiqənin açılışı

25 mart saat 17.00-da Beynəlxalq “Soltan Məhəmməd” adına mükafatına namizədlərin əsərlərindən ibarət sərgi-müsabiqənin açılışı Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda maraqla qarşılandı.

DSC_3567 DSC_3576 DSC_3582 DSC_3585

DSC_3600

DSC_3632 DSC_3625

Məlum olduğu kimi, Azərbaycan Rəssamlar İttifaqı ən yaxşı təsviri incəsənət əsərinə görə hər iki ildən bir Soltan Məhəmməd adına Beynəlxalq mükafat verir. Əvvəllər respublika səviyyəsində əhatələnən bu mükafat orta əsrlərin parlaq miniatür ustası, görkəmli fars rəssamı Təbriz miniatür məktəbinin öncülü, nümayəndəsi banısi Soltan Məhəmmədin adı ilə bağlıdır.

Əsası 1992-ci ildə, Azərbaycan dövlətinin müstəqilliyinin formalaşması dövründə qoyulan, Soltan Məhəmməd adına mükafat, yeni yüksək keyfiyyətli estetik səviyyənin hərtərəfli formalaşmasına xidmət edir, rəssamların yaradıcı axtarışlarında potensial artımın, irəliləyişi stimullaşdırır.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov bildirdi ki, bu ildən mükafat uğrunda xarıcı rəssamlarda mübarizə apara bilərlər.

Bununla belə tədbirin sonunda Beynəlxalq “Soltan Məhəmməd” adına mükafatını İran İncəsənət Akademiyasının SABA İnstitutunun əməkdaşı Masud Naseri qazandı. Yerli rəssamların arasında mükafat heyləltaraş Teymur Rüstəmova verildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>