Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvləri, Rəssamlar İttifaqının sədri, Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilovla birgə, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət üçün Fəxri Xiyabana getmişlər.

2013 –ci ilin mart ayının 23-də Azərbaycan Rəssamlar İttifaqın tərəfindən təsis edilmiş “Rəssam Günü”ndə, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvləri, Rəssamlar İttifaqının sədri, Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilovla birgə, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət üçün Fəxri Xiyabana getmişlər.

DSC_3087 DSC_3102 DSC_3108 DSC_3115 DSC_3123

 

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun ruhu qarşısında baş əydi.

Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdi və gül dəstələri qoydu.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarəti zamanı, Azərbaycanın görkəmli təsviri sənət nümayəndələri də iştirak etdilər.

Sonra Şəhidlər Xiyabanına gedən Rəssamlar İttifaqının üzvləri  Azərbaycanın müstəqilliyi və Azərbaycanın uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edilib və məzarları üzərinə çiçək düzüblər.

DSC_3151 DSC_3154

DSC_3179 DSC_3200 DSC_3182 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>