“Rəssam Günü”nə həsr olunan mətbuat konfransı

DSC_3043 DSC_3045 DSC_3051.MOV_snapshot_00.14_[2013.04.12_15.57.39] DSC_3053

Bu il mart ayının 22-də İçərişəhərdə yerləşən “İnterfaks”da təzəcə təsis edilmiş “Rəssam Günü”nə həsr olunan mətbuat konfransı keçirildi.

Konfransın giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq öncə salona toplaşanları xalqımızın ən müqəddəs milli bayramı – “Novruz” münasibəti ilə ürəkdən təbrik etdi, onlara cansağlığı və yaradıcılıq uğurları arzuladı.

O, açıqladı ki, “Rəssam Günü” adlı bu bayram hər il Azərbaycanda mart ayının 23 -dən etibarən keçiriləcək. F.Xəlilov qeyd etdi ki, bu bayram rəssamlarla xalqın, ictimayyətin aktiv ünsiyyətinə, isti, doğma münasibətinə yönəlik bir bayramdır. Onun fikrincə, bu yeni tədbir Rəssamlar İttifaqının gənc üzvlərini fəal iştraka cəld edəcək, onlarda peşə qüruru və vətənpərvərlik hissləri oyadacaqdır. Bu çox zəruridir, çünki Azərbaycan incəsənətinin sabahkı inkişafı onlardan asılı olacaq.

Rəssamlar İttifaqının sədri bildirdi ki, İttifaqın 1500-dən artıq üzvü var. Onların sırasında Gənc Rəssamlar və Sənətşünaslar Birliyi də fəaliyyət göstərir. F.Xəlilov dedi ki, – “biz gənc istedadlara, həm də qeyri – peşəkar rəssamlara köməklik göstəririk”.

Mart aynın 23-25 arası Azərbaycan Rəssamlar İttifaqı “Rəssam Günü”nə həsr olunmuş xüsusi layihə hazırlamışdı. Tərtib olunmuş layihə çərçivəsində internat şagirdləri və xəstə uşaqların xeyrinə xeyriyyəçilik auksionları, müxtəlif sərgilər, görüşlər və müsabiqələr keçirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>